Laçın şəhərindən Ermənistana növbəti mesaj

10

“Azərbaycan xalqı Müstəqillik Gününü ikiqat bayram etdi. Bu tarixdə laçınlılar Laçın şəhərinə qayıtdılar”.

QafqazTürk xəbər verir ki, Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, hər bir vədini zamanında reallığa çevirən Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşüb və onlara evlərin açarlarını təqdim edib:

“İlham Əliyevin mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə  həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaranır. Bu işlərin miqyası, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır”.

M.Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çevirəcəyimizi bildirmişdi: “Hazırda bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur, soydaşlarımızın rahat yaşayışı üçün bütün imkanlar yaradılır”.

Parlamentari vurğulayıb ki, artıq üç ildir dövlət başçısı İlham Əliyev tarixi günləri, bayramları işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir: “Bu mühüm addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. 30 il işğal altında qalaraq tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımızda yeni həyatın başlanması, bərpa-quruculuq işlərinin geniş miqyas alması, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın mərhələli şəkildə dogma yurd-yuvalarına qayıtması böyük xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə də zəngin olur. Laçın şəhərinə qayıdan əhali ilə görüşündə 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Müzəffər Ali Baş Komandanın “Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar” çağırışı qarşı tərəfi ciddi düşündürməlidir”.

0
0
Kateqoriya: Region
Sonrakı yazı
Gürcüstanda Rusiyalı azarkeş döyüldü – VİDEO
Öncəki yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?