Gürcüstanda Rusiyalı azarkeş döyüldü – VİDEO

1

Gürcüstan çempionatının 17-ci turunda Tbilisi “Dinamo”su ilə Batumi “Dinamo”su arasında keçirilmiş matçda insident yaşanıb.

QafqazTürk.com xəbər verir ki, paytaxt klubunun fanatları qarşılaşmanı izləyənlər arasında olan rusiyalı azarkeşi döyüblər.

Məlumata görə, azarkeşin əynində üzərində Serbiya bayrağı əks edilən Kosovo xəritəsinin təsviri köynək olub. Rusiyalı fanat yerli azarkeşlərə qarşı qeyri-etik jest edib. Bundan sonra azarkeşlərdən biri onun üzünə tüpürüb. Rusiyalı fanat tribunaların altındakı otağa keçib. Ancaq gürcülər onu tutaraq döyüblər.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Ancaq serblər bu ölkənin müstəqilliyini tanımırlar.

P.S. İdman, dünya xalqlarını birləşdirən vasitələrdən biridir və hər bir insana qarşı törədilən hər cür zorakılığı qınayırıq!

https://baku.tv/embed/84506

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Bolnisi şəhərində yolların abadlaşdırılması işləri davam etdirilir – FOTO
Öncəki yazı
Laçın şəhərindən Ermənistana növbəti mesaj