This is a specific ad

KİV: Miqrantları daşıyan qayıq İtaliya sərhədi yaxınlığında batıb, 20 nəfərin taleyi hələlik məlum deyil

89

Another advertisement

İtaliya sərhədi yaxınlığında miqrantları daşıyan qayıq batıb, 20 nəfərin taleyi isə  hələlik məlum deyil.

QafqazTürk xəbər verir ki, bu barədə xarici mətbuat Ansa.it məlumat yayır.

Hadisə Lampeduza adası yaxınlığında baş verib. İndiyənək Almaniyanın humanitar təşkilatının gəmisi batmış qayıqdan 22 nəfəri xilas edib. İki nəfərin isə cəsədi tapılıb. 

Xilasetmə qrupları bildiriblər ki, hadisə məlum olana qədər təxminən iki saat suda qalıblar. Hadisə yerində axtarış-xilasetmə işləri hələ də davam edir.

Sonrakı yazı
ISW: “Rusiya dindən silah kimi istifadə edir”
Öncəki yazı
NATO tanklarını vur, pul qazan! – Rusiya kampaniya başlatdı