• 08 Dekabr 2023 14:01

NATO tanklarını vur, pul qazan! – Rusiya kampaniya başlatdı

Avatar photo

ByHacı Xəlilzadə

Apr 10, 2023

Rusiya rəhbərliyi öz əsgərlərinə NATO tanklarının məhvinə görə əlavə bonus vəd edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfindən belə bir addımın atılması Ukraynaya qarşı döyüşlərdə motivasiya məqsədi daşıyır. 

“Bu təşəbbüs işğalçıların Ukrayna torpaqlarını ələ keçirməsi üçün stimullardan sadəcə biridir”, – deyə nəşr yazıb.

Məlumata görə, NATO-ya məxsus tank və digər hərbi texnikaların vurulmasını sübut etmək üçün onları foto və video formatda lentə almaq tələb olunur. Rusiya əsgər və zabitləri NATO-ya zərbə vurduğunu sübuta yetirərsə, onlara pul mükafatı veriləcək. Lakin vəsaitin məbləği açıqlanmayıb.

9220cookie-checkNATO tanklarını vur, pul qazan! – Rusiya kampaniya başlatdı

Bir cavab yazın