Another advertisement
İtaliya sərhədi yaxınlığında miqrantları daşıyan qayıq batıb, 20 nəfərin taleyi isə hələlik məlum deyil.
QafqazTürk xəbər verir ki, bu barədə xarici mətbuat Ansa.it məlumat yayır.
Hadisə Lampeduza adası yaxınlığında baş verib. İndiyənək Almaniyanın humanitar təşkilatının gəmisi batmış qayıqdan 22 nəfəri xilas edib. İki nəfərin isə cəsədi tapılıb.
Xilasetmə qrupları bildiriblər ki, hadisə məlum olana qədər təxminən iki saat suda qalıblar. Hadisə yerində axtarış-xilasetmə işləri hələ də davam edir.