This is a specific ad

İstanbulun 50 günlük su ehtiyatı qalıb

55

Another advertisement

Türkiyənin ən sıx məskunlaşmaya sahib İstanbul şəhərini su ilə təmin edən anbarlarında suyun səviyyəsi 18%-ə düşüb.

Bu müddət ərzində yağıntı olmasa, bu həcm cəmi 50 gün üçün kifayət edəcək.

Məlumatı İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsi verib.

Qeyd edək ki, 18,07% – 156,9 milyon kubmetrdir. Aprel ayında rezervuar ehtiyatları 48,5% təşkil edib və o vaxtdan bəri davamlı olaraq azalmaqdadır.

16 milyondan çox insanın yaşadığı şəhər hər gün 3,1 milyon kubmetr su istehlak edir. İdarə İstanbul sakinlərini suya qənaət etməyə çağırıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu gün gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Marneulidə Qurani-Kərim mövzusunda beynəlxalq konfrans keçirilib – FOTO