Marneulidə Qurani-Kərim mövzusunda beynəlxalq konfrans keçirilib – FOTO

2

2 noyabr tarixində Marneulidə Qurani-Kərimə həsr olunmuş “Qurtuluş və Hidayət Nuru” mövzusunda dini-elmi konfrans keçirilib.

QafqazTürk.com xəbər verir ki, konfransda müəllimələr, din, elm və ictimaiyyət xadimləri və xanım tələbələr iştirak ediblər.

Quran tilavətindən sonra konfransın moderatoru Hacı Kamran Məmmədov giriş sözü ilə tədbiri açıq elan edərək qonaqları salamlayıb, konfransın məqsəd və məzmunu barədə iştirakçılara məlumat verib.

O, konfransın məqsədinin son zamanlar qərb ölkələrində Qurana qarşı edilən hörmətsizliklər, Allahın kitabının dəyər və əhəmiyyətini ictimaiyyətə çatdırmaq, bəşəriyyətin hidayət və qurtuluşu üçün İlahi kitabı oxumağın və ona əməl etməyin önəmini müsəlman gənclərə aşılamaq olduğunu bildirib.

Sonra tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Azərbaycandan tanınmış din xadimi Hacı Samir Ağayev, Türkiyədən Ahlibeytmedia dərnəyinin sədri Hacı Hasan Karabulut, İranın İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının nümayəndəsi Yəhya Cahangiri və Al-Mustafa Beynəlxalq Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Həsən Yusifzadə çıxış edib.

Konfransda Qurani-Kərimin elmi, bədii və mənəvi möcüzəliliyi, ümumbəşəri və cahanşümul (CahanşümulBütün dünya üçün əhəmiyyəti olan, dünyanı tutan, dünyaya yayılan, böyük tarixi əhəmiyyəti olan, dünyada tanınan) olması, bəşəriyyətin nicatı yolunda təqdim etdiyi həyat tərzi, insanın kamala çatması sahəsindəki proqramı, İlahi kitabda insani dəyərlər və s. kimi mövzular haqqında ətraflı danışılıb.

Məşədi Vidadi Qurbanovun dua oxuması ilə yekunlaşan konfransın sonunda tədbir iştirakçılarına Quran oxumağın əhəmiyyətindən bəhs edən infoqrafik posterlər, “Quranda insanşünaslıq” kitabı və s. hədiyyələr təqdim olunub.

0
0
Kateqoriya: Din
Sonrakı yazı
İstanbulun 50 günlük su ehtiyatı qalıb
Öncəki yazı
სავალან მირზოევი პარლამენტში სიტყვით გამოვიდა