İrəvan baha,Bakı ucuz- Tbilisidə vəziyyət necədir?

0

Gürcüstanda dörd nəfərdən ibarət ailənin aylıq təxmini xərcləri kirə haqqı istisna olmaqla 5679 lari, kirayə haqqı istisna olmaqla bir nəfərin aylıq təxmini xərcləri 1580 lari təşkil edir.                                                                                         QafqazTürk.com xəbər verir ki,bu barədə məlumat  yaşayış minimumu ilə bağlı dünyanın ən böyük məlumat bazası olan Numbeo portalı tərəfindən yayılıb.

Numbeo-ya görə, paytaxtda yaşamaq nisbətən bahadır. Xüsusilə, Tbilisidə kirayəsiz dörd nəfərdən ibarət bir ailənin aylıq təxmini xərcləri 6027,5 lari, bir nəfərin aylıq təxmini xərcləri 1669 laridir.

Numbeo-nun reytinqində Tbilisinin yaşayış minimumu indeksi 38,4-dür və qiymətə görə, 415 şəhər arasında 287-ci yerdədir.

Qonşu Ermənistan və Azərbaycana gəlincə, Ermənistanda yaşayış minimumu Gürcüstanla müqayisədə orta hesabla 12,4% bahadır. O cümlədən, kirayə haqqı olmayan dörd nəfərdən ibarət ailənin aylıq təxmini xərcləri 6446 lari, bir nəfərin aylıq təxmini xərcləri 1818 laridir.

Paytaxt İrəvanda yaşayış qiyməti Tbilisi ilə müqayisədə 8,6% bahadır. İrəvanda kirayə haqqı olmayan dörd nəfərdən ibarət ailənin aylıq təxmini xərcləri 6682 lari, bir nəfərin aylıq təxmini xərcləri 1876 laridir.

İrəvanın yaşayış minimumu indeksi 41,7-dir və beləliklə, Tbilisi ilə müqayisədə Numbeonun qiymətləri siyahısında daha yüksək, 270-ci yerdədir.

Cənubi Qafqazda ən ucuz həyat Azərbaycandadır. Ölkədə yaşayış minimumu Gürcüstanla müqayisədə orta hesabla 10,4% aşağıdır. O cümlədən, kirayə haqqı olmayan dörd nəfərdən ibarət ailənin aylıq təxmini xərcləri 5201 lari, bir nəfərin aylıq təxmini xərcləri 1446 laridir.

Bakıya gəlincə, Azərbaycanda yaşayış minimumu da Tbilisi ilə müqayisədə 12,0% ucuzdur. Məsələn, Bakıda dörd nəfərdən ibarət ailənin aylıq təxmini xərcləri 5442 lari, bir nəfərin aylıq təxmini xərcləri 1510 laridir. Lakin Tiflis və İrəvan kimi Bakıda yaşamaq ölkənin qalan hissəsi ilə müqayisədə daha bahadır.

Bakının yaşayış minimumu indeksi 33,8-dir və Numbeo siyahısında Tbilisi və İrəvanla müqayisədə xeyli aşağı, 327-ci yerdədir.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Məşhur aşpaz Ceymi Oliver Gürcüstandadır
Öncəki yazı
ABŞ Dövlət Departamenti: “İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalırlar”