Məşhur aşpaz Ceymi Oliver Gürcüstandadır

0

Dünyaca məşhur aşpaz Ceymi Oliver qastronomik tur çərçivəsində Gürcüstandadır.

QafqazTürk.com xəbər verir ki,məlumatı Milli Turizm Administrasiyası yayıb.

Məlumata görə, məşhur aşpaz dadlı gürcü yeməklərini təbliğ edəcək.

Kulinariya turu zamanı aşpaz ölkənin özünəməxsus mədəniyyəti və mətbəxi ilə tanış olacaq, yerli aşpazlarla görüşəcək  və onlardan gürcü yeməklərinin hazırlanmasını öyrənəcək.

Ceymi Oliverin izləyiciləri onun sosial kanalları vasitəsilə aşpazın gürcü kulinariya macərasını izləyə biləcəklər.

Britaniyalı aşpazın “Instagram” və “Facebook”da birlikdə 20 milyondan çox, “YouTube”da isə 6 milyona qədər izləyicisi var.

1
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Prezident: “COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür”
Öncəki yazı
İrəvan baha,Bakı ucuz- Tbilisidə vəziyyət necədir?