İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri başa çatıb

29

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

QafqazTürk.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İrakli Kobaxidzenin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər yola salıblar.

20
5
Kateqoriya: Siyasət
Sonrakı yazı
Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında Azərbaycan xalqının milli bayramı olan Novruz Bayramı münasibətilə və sertifikatların verilməsi ilə bağlı təntənəli tədbir keçirilmişdir
Öncəki yazı
İrakli Kobaxidze və İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər – FOTO