Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında Azərbaycan xalqının milli bayramı olan Novruz Bayramı münasibətilə və sertifikatların verilməsi ilə bağlı təntənəli tədbir keçirilmişdir

1

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında Azərbaycan xalqının milli bayramı olan Novruz Bayramı münasibətilə və sertifikatların verilməsi ilə bağlı təntənəli tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzin icraçı direktoru Rezo Həsənov açmış və tədbir iştirakçılarını salamlamış, Gürcüstanın ən gözəl şəhərlərindən biri olan Bolnisidə qeyd olunan bu təbiri keçirməkdən böyük bir fəxr hissi keçirdiyini qeyd etmişdir.
O, qarşıdan gələn “İlaxır Çərşənbə” və Novruz Bayramı münasibətilə hər kəsi təbrik edərək bildirib ki, Mərkəz 2021-ci ildən etibarən öz fəaliyyətini uğurla davam etdirir. Bununla yanaşı, o, 2023-cü ildə həyata keçirilmiş bir sıra tədbirlərlə bağılı tədbir iştirakçılarına məlumat vermişdir.
Daha sonra çıxış üçün söz Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirova verilib. R.Bəkirov tədbir iştirakçılarını salamlayaraq onları bayram münasibətilə təbrik edib və bildirib ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin fəaliyyəti Bolnisi rayonunda bir çox yeniliklərin təməlini qoyubdur. Həmçinin vurğulayıb ki, “Milli adət-ənənələrmizi qoruyub saxlamaq, yaşatmaq hər birimzin milli və mənəvi borcumuzdur”.
Daha sonra çıxış edənlər Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin Azərbaycan dili müəllimi Fatma Əliyeva, Kvemo-Bolnisi (Kəpənəkçi) 2 nömrəli ictimai məktəbinin direktor müavini Çingiz Yaqublu və Gürcüstan Azərbyacanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) direktoru Murad Muradov çıxış edərək bildiriblər ki, Novruz Bayramını və digər milli bayramlarımızı yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur və uzun bir fasilədən sonra Bolnisinin mərkəzində milli bayramımızı qeyd etmək özlüyündə tarixi bir hadisədir.
Tədbirdə Bolnisi rayonunun bir çox kəndlərindən gəlmiş milli rəqs qrupları və Mərkəzin üzvləri azərbaycan və gürcü rəqslərini nümayiş etdirmiş və aşıqlar sazda ifa etmişlər.
Tədbirdə Mərkəzin 100-ə yaxın üzvünə Azərbaycan dili, gürcü dili və ingilis dili fənnləri üzrə sertifikatlar təqdim edilmişdir.
Mərkəzin İncəsənət və rəsm müəllimi Qəşəm Süleymanovun və Rəsm kursumuzun üzvü Türanə Süleymanovanın çəkdiyi rəsmlər tədbirdə nümayiş etdirilib və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb
Sonda tədbir qeyri-rəsmi formada çay süfrəsi arxasında davam etmiş, qonaqlar Novruz şirniyyatlarından dadmışlar.
Eyni zamanda, Mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili, İncəsənət və rəsm, Məntiq, Riyaziyyat fənnlərini tədris edən müəllimlərə təşəkkürnamə təqdim edilmişmişdir. Novruz tonqalının ətrafında gənclər və qonaqlar birlikdə rəqs edərək bayramın sevincini bir-birləri ilə bölüşmüşdülər.
          
1
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
დაქირავებით დასაქმებულთა საშუალო თვიური ნომინალური ხელფასი 2023 წლის IV კვარტალში – “საქსტატის” მონაცემები
Öncəki yazı
İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri başa çatıb