İrakli Kobaxidze Gürcüstan azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib

935

Əziz bacı və qardaşlar, sizləri baharın, həyatın, yeniliyin bayramı olan Novruz bayramı münasibəti ilə təbrik edirəm. Sizinlə birlikdə Gürcüstanda yaşayan müsəlmanları təbrik edirəm“.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Marneulidə Novruz bayramına həsr olunmuş təntənəli tədbirdə deyb.

Hökumət başçısının sözlərinə görə, gürcüləri və azərbaycanlıları xüsusi hərarət və sevgi bağlayır.

Şadam ki, bu sevinci sizinlə bölüşmək imkanı əldə etdim. Bizi bir-birimizə xüsusi hərarət və məhəbbət bağlayır. Biz Gürcüstanda yaşayan azərbaycanlılarla birlikdə ölkəmizin tarixini yaratmışıq, bugünkü uğurlarımızı biz yaratmışıq və xoşbəxt gələcəyimizi də yaradacağıq.
Bizi bir-birimizə belə sevgi ilə bağlamağımız böyük xoşbəxtlikdir. Sizi bir daha Novruz bayramı münasibətilə təbrik edirəm. Sizə və hər birinizə ailə səadəti, xoşbəxtlik, xeyirxahlıq arzulayıram. Çoxsağ olun. hər birinizi bir daha təbrik edirəm”, – deyə baş nazir bildirib.

347
113
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
24 mart tarixinədək gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Marneulidə Novruz Bayramı şənliyi keçirilib – FOTOLAR