This is a specific ad

24 mart tarixinədək gözlənilən hava şəraiti – PROQNOZ

46

Another advertisement

Martın 22-dən 24-ü səhərədək Gürcüstanda fasilələrlə yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü duman olacağı gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmənin başlamasına və aktivləşməsinə, dağlıq rayonlarda isə uçqunların əmələ gəlməsinə səbəb ola bilər.

Görünmənin pisləşməsi və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması da mümkündür.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Kaxetidə həyat yoldaşını və onun azyaşlı qohumunu öldürməyə cəhd edən şəxs saxlanılıb
Öncəki yazı
İrakli Kobaxidze Gürcüstan azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib