İrakli Ğaribaşvili: “Cənab İlham Əliyevi və bütün Azərbaycanı Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm”

1

“Fürsətdən istifadə edərək bir daha cənab İlham Əliyevi və bütün Azərbaycanı Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan prezidenti ilham Əliyev ilə keçirdiyi biegə mətbuat konfrasında deyib.

Həmçinin, mən bir daha cənab İlham Əliyevin atası, əfsanəvi şəxsiyyət Heydər Əliyevin ümumilikdə Gürcüstan-Azərbaycan münasibətlərində xidmətlərini qeyd etmək istərdim. Bu əlaqələrin möhkəmlənməsində onun rolu son dərəcə vacibdir. Çox böyük təməl qoydu. Bu yaxınlarda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə olduq. Mən bir daha fürsətdən istifadə edib Heydər Əliyevin 100 illik yubileyi münasibətilə cənab İlham Əliyevi və bütün Azərbaycanı təbrik etmək istəyirəm. Buna görə də əziz dostum, sizi bir daha salamlayır, sizə sülh, uğurlar və firavanlıq arzulayıram”, – deyə Baş nazir bildirib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
İrakli Ğaribaşvili: “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir”
Öncəki yazı
İlham Əliyev: “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb”