İrakli Ğaribaşvili: “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir”

1

“Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

“Bizim ticarət və iqtisadiyyat məsələləri barədə də söhbətimiz oldu. Biz enerji, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və bu sahədə hər il ilk beşliyə daxil olur. Bu il ticarət dövriyyəsi 15% artıb. Keçən il də kifayət qədər rekord il oldu. Yükdaşımaların həcmi də artıb. Ümumiyyətlə, qeyd etmək istərdim ki, biz istər enerji, istər nəqliyyat, istər logistika, istərsə də hər hansı digər sahədə bütün məsələlərdə çox uğurla əməkdaşlıq edirik. Dəmir yollarımızda da uğurlu əməkdaşlığımız var”, – deyə Baş nazir bildirib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Azərbaycan-Gürcüstan münasibətləri yeni əməkdaşlıq sahələrinin yaranması ilə daha da genişlənir
Öncəki yazı
İrakli Ğaribaşvili: “Cənab İlham Əliyevi və bütün Azərbaycanı Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm”