Another advertisement
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-də Qranadada görüşəcəklər.
QafqazTürk.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat yayıb.
Məlumata görə iclasda Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının nümayəndələri iştirak edəcək.
“Sentyabrın 17-də Paşinyan bildirib ki, Qranada görüşü zamanı Azərbaycanla sülh sazişi imzalanmayacaq.”, – deyə məlumatda bildirilib.
Məlumat üçün Azərbaycan sentyabrın 19-da Dağlıq Qarabağda “antiterror əməliyyatı”nın başladığını elan edib və ertəsi gün rəsmi Bakı əməliyyatın başa çatdığını və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu bildirib.