25-27 sentyabr üçün hava proqnozu

0

Sentyabrın 25-i gecə saatlarına qədər Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şərqi Gürcüstanın bəzi yerlərində dolu olacağı, növbəti günlərdə havanın isti və əsasən yağmursuz keçəcəyi gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata əsasən Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturu +30 dərəcəni keçəcək. Kolxeti düzənliyində və Zemo İmeretidə güclü şərq küləyi əsəcək.

Sentyabrın 25-də Tbilisidə qısamüddətli yağış yağacağı , sentyabrın 26-27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): sentyabrın 25-də qısamüddətli yağış yağacağı, sentyabrın 26-27-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturunun gün ərzində +27, +29 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): sentyabrın 25-də qısamüddətli yağış yağacağı, sentyabrın 26-27-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): sentyabrın 25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, sentyabrın 26-27-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək. 

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): sentyabrın 25-də şimşək çaxacağı qısamüddətli yağış yağacağı, sentyabrın 26-27-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): sentyabrın 25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, sentyabrın 26-27-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Qori-Suram yolu hissəsində güclü şərq küləyi əsəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Sentyabrın 25-26-da qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, sentyabrın 27-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): sentyabrın 25-26-da şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi, sentyabrın 27-də hava şəraitinin dəyişəcəyi və yağmursuz hava şəraitinin olacağı gözlənilir. Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Calka, Bakuriani, Qudauri, Omalo): sentyabrın 25-26-da qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, sentyabrın 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstan-Azərbaycan quru sərhədi açılacaqmı?
Öncəki yazı
İlham Əliyev və Nikol Paşinyan görüşə bilərlər