Gürcüstan-Azərbaycan quru sərhədi açılacaqmı?

3

Son 3 ildir ki, Gürcüstan-Azərbaycan arasındakı quru sərhədlərinin bağlı qalması hər iki ölkə əhalisini narahat edir və sərhədin nə vaxt açılacağı sualının cavabı maraqlandırır.

Sərhədin bağlı qalmasına səbəb olaraq isə Azərbaycanda davam etdirilən karantin rejimi göstərilir.

Azərbaycanın Baş Naziri Əli Əsədov Azərbaycanda xüsusi karantin rejiminin davam etdirilməsi haqqında qərar imzalayıb.

Bununla da Azərbaycanda koronavirus infeksiyasının yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2 yanvar 2024-cü il saat 06:00-dək uzadılıb.

Məlumat üçün bildirək ki, ölkənin quru sərhədləri, o cümlədən Azərbaycan və Gürcüstan arasındakı quru sərhədi 2020-ci ilin yazından xüsusi karantin rejimi ilə əlaqədar bağlanıb.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Qars-Naxçıvan dəmir yoluna dair protokol imzalandı
Öncəki yazı
25-27 sentyabr üçün hava proqnozu