This is a specific ad

İlham Əliyev: “Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb”

11

Another advertisement

“Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi”.

QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün, mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransdakı çıxışında deyib.

Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti qeyd edib:

“Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar ki, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qaraciyəri bu qidalardan qoruyun
Öncəki yazı
Prezident: “Otuz illik işğal Ermənistana heç bir üstünlük vermədi”