This is a specific ad

Qaraciyəri bu qidalardan qoruyun

54

Another advertisement

Qaraciyərin sağlamlığı üçün şəkərli qidalar, çərəzlər, qazlı içkilər və meyvə şirələri kimi əksər işlənmiş və qızardılmış qidalardan çəkinmək lazımdır.

QafqazTürk.com xəbər verir ki, həkim – hepatoloq Alla Yujneva bu cür qidaların qan şəkərini artıraraq nəticədə qaraciyərdə piy yığılmasına gətirib çıxardığını deyib.

O, bu riski azaltmaq üçün doymuş yağda qızardılmış ətlərdən də çəkinmək lazım olduğunu bildirib.

Məhdudlaşdırılacaq qidalar və içkilər:

• Peçenye, şirniyyat

• Emal edilmiş ət

• Qazlı içkilər

• Meyvə şirələri

• Duzlu qidalar

Həkimin sözlərinə görə, qaraciyərdə yağ yığılması 2-ci tip diabet, ürək xəstəlikləri və qan dövranı problemləri ilə də əlaqələndirilir.

Nəticədə bu problemlər bir insanı qaraciyər xərçəngi və ya qaraciyər çatışmazlığı riski altına qoya bilər.

Qorunmaq üçün arıqlamaq, pəhriz və fiziki aktivlik vacibdir.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
İlham Əliyev: “Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq”
Öncəki yazı
İlham Əliyev: “Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb”