This is a specific ad

Hava dəyişəndə təzyiqiniz oynayırsa, bunları edin

39

Another advertisement

İnsanın təzyiqi atmosfer təzyiqindən asılıdır. Bununla mübarizə aparmaq üçün tibbi göstərişlər var.

QafqazTürk.com xəbər verir ki, həkim Aliksey Jitonun sözlərinə görə, hər hansı kəskin atmosfer dalğalanmaları xüsusilə ürək-damar xəstəlikləri (qan təzyiqinin qalxması və ya düşməsi, oynaqlarda, ürəkdə ağrılar hiss olunur və s.) olan insanlar üçün problem yaradır.

Nəinki yüksək, hətta aşağı təzyiqi olanlar da əziyyət çəkir.

Kifayət qədər maye qəbul edin (təbii şirələr, su, çay və s.). Bu, bədəndəki təzyiqi tarazlaşdırmağa və hava dəyişikliklərinin mənfi təsirlərini azaltmağa kömək edəcək.

Təzyiq düşməsi tez-tez aclıq hissi yaradır. Ancaq bu, həddindən artıq yeməyə səbəb ola bilər. Yeməklər arasında qəlyanaltı etmək istəyi varsa, meyvə və tərəvəzlərə üstünlük verin.

Otağı havalandırın. Qan təzyiqini normallaşdırmaq üçün bədənin təmiz hava alması vacibdir. Mümkünsə, tez-tez gəzintiyə çıxın, hərəkət edin, bu da qan təzyiqini normallaşdırmağa kömək edir.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
20-22 may tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ
Öncəki yazı
Azərbaycanın Elm və təhsil naziri Gürcüstanda səfərdədir