Azərbaycanın Elm və təhsil naziri Gürcüstanda səfərdədir

2

Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin dəvəti ilə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

QafqazTürk.com xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisi şəhərində yerləşən Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub və xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Giorgi Amilaxvari ilə Emin Əmrullayevin görüşü keçirilib.
Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev də iştirak edib.

Müzakirələr zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti  və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkədə Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi yüksək qiymətləndirilib.

Görüşün sonunda ADA Universiteti ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında əməkdaşlıq müqavilələrinin imzalanma mərasimi keçirilib. 

0
0
Kateqoriya: Maraqlı, Təhsil
Sonrakı yazı
Hava dəyişəndə təzyiqiniz oynayırsa, bunları edin
Öncəki yazı
“Folklorlu Gürcüstan” “QafqazTürk” media ilə görüş keçirdi – FOTO