This is a specific ad

Gürcüstanın Avroviziya 2023-də təmsilçisi kimdir?

19

Another advertisement

Gürcüstanın Avroviziya 2023-də təmsilçisi İru Xeçanovdur. O bu gün gürcü nümayəndə heyəti ilə birlikdə Mayın 13-də həyata keçriləcək Avroviziyada iştirak etmək üçün Liverpula yola düşüb.

“Liverpula yola düşəcəyəm. Olduqca xoşbəxtəm, həyəcanlıyam. Bir arzum var, nə vaxt gedəcəyəm, nə vaxt hər şeyi görəcəyəm və iştirakçılarla görüşəcəyəm. Birinci məşqi gözləyirəm, çünki bu, olduqca vacibdir. Gürcüstanın finala çıxması üçün hər şeyi edəcəyəm. Səhnədə əlimdən gələnin maksimumunu etməyə çalışacağam və azarkeşlərə, xüsusən də mühacirlərə böyük ümidlər bəsləyirəm. Ən azı bir zəng vurmaları belə olduqca vacibdir. Gəlin Gürcüstanı birlikdə finala çıxaraq” – deyə İru Xeçanov açıqlayıb.

İru Xeçanov mayın 2-də ilk məşqini həyata keçirəcək. Mayın 11-də o, Avroviziyanın ikinci yarımfinal mərhələsində çıxış edəcək. Mayın 13-də isə Avroviziya 2023-ün finalı keçiriləcək və finalı Gürcüstanın Birinci Kanalının efirindən izləyə bilərsiniz.

Sonrakı yazı
Potidə radioaktiv maddələrin satılması faktının qarşısı alınıb – ƏTRAFLI
Öncəki yazı
Türkiyə Müdafiə Naziri Hulusi Akar: “Türkiyəsiz tarazlıq yarana bilməz”