This is a specific ad

Gürcüstanda və qonşu ölkələrdə çörəyin qiyməti nə qədərdir?

33

Another advertisement

Siyasətçilər tərəfindən Gürcüstanda çörəyin qiyməti növbəti dəfə müzakirə obyektinə çevrilib.

QafqazTürk.com xəbər verir ki,”Nazir saatı” formatında Levan Davitaşvilini dinlədikləri parlamentdə “Strategiya Aqmaşenebeli”nin lideri Giorgi Vaşadze nazirə müraciət edərək qeyd edib ki, Gürcüstanda çörək regionda ən bahadır.

“Bahalaşma şəraitində siz rekord qırdınız. Siz iqtisadiyyat naziri kimi bütün regionda qiymətlərə görə rekord qırdınız, çörək bütün regionda ən bahadır, Ermənistan və Azərbaycandan bahadır”, – Vaşadze bildirib.

Gürcüstan çörəyin qiymətinə görə qonşu ölkələr arasında 3-cü, dünyanın 94 ölkəsi arasında isə 75-ci yerdədir. Bu, qlobal onlayn statistika bazası olan Numbeo-nun 2024-cü ilin aprel reytinqində qeyd olunub.

Numbeo 500 qramlıq ağ çörəyin qiymətinə görə 94 ölkənin reytinqini tərtib edib ki, bu reytinqdə Gürcüstan 0,65 dollar qiymətlə təmsil olunur və 75-ci yerdədir.

Qonşu ölkələr arasında ən ucuz məhsul Azərbaycanda (91-ci yer) 500 qramlıq ağ çörəyin 0,44 dollara, Rusiyada (87-ci yer) 0,51 dollara satılır. Çörək Türkiyədə (73-cü yer) Gürcüstandan bahadır – 0,68 dollar, Ermənistanda (70-ci yer) isə 500 qramlıq çörəyin qiyməti 0,72 dollardır.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Aİ-dən Gürcüstana XƏBƏRDARLIQ
Öncəki yazı
Marneuliə iftar süfrəsi açılıb – FOTOLAR