This is a specific ad

Marneuliə iftar süfrəsi açılıb – FOTOLAR

67

Another advertisement

Marneulidə iftar süfrəsi açılıb.

QafqazTürk.com xəbər verir ki, iftar süfrəsi Marneuli şəhər meriyası tərəfindən təşkil edilib.

İftar süfrəsində Marneuli-Qardabani üzrə millət vəkilləri Zaur Darğallı, Savalan Mirzəyev, Marneuli şəhər meri Kənan Ömərov, Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyə Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Kazım Kartal, Marneuli bələdiyyə məclisinin deputatları, Dmanisi şəhər meri Koba Muradaşvili, Ümumgürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Marneuli və eləcə də ətraf rayonlardakı meriya və bələdiyyə məclislərinin üzvləri, ictimai-siyasi xadimlər, ruhanilər və media nümayəndələri iştirak ediblər.

İftar süfrəsi Qurandan duaların tilavəti ilə açılıb.
Sonra isə Marneuli şəhər meri Kənan Ömərov və rəsmilər çıxış edərək iftar məclisi iştirakçılarını salamlayaraq müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək tutulan orucların Allah qatında qəbul olunmasnıı arzu ediblər.

Kateqoriya: Din
Sonrakı yazı
Gürcüstanda və qonşu ölkələrdə çörəyin qiyməti nə qədərdir?
Öncəki yazı
Gürcüstanda ilk dəfə snoubord üzrə dünya çempionatı keçiriləcək