This is a specific ad

Gürcüstanda qızıl nigah üzüyü ucuzlaşıb

58

Another advertisement

İyun ayı məlumatlarına görə, 958 karat qızıl nigah üzüyünün qiyməti bir il ərzində 5,64% azalıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.

Ötən ilin sentyabrında qızılın kəskin şəkildə 1630 dollara düşməsindən sonra beynəlxalq birjada qiymətlər artır və hazırda 1 unsiyanın qiyməti 1900 dollar civarındadır. Bu halda isə Gürcüstandan qızıl ixracı da artır.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin ilk 5 ayında ölkədən 38,2 milyon ABŞ dolları dəyərində 1,29 ton qızıl çıxıb. Ötən ilin eyni dövründə 35,1 milyon ABŞ dolları dəyərində 1,09 ton qızıl ixrac edilib. Göstəricilər müvafiq olaraq 8,8% və 18,3% artıb.

Bu il qızıl yalnız üç ölkəyə gedib, yəni:

  • İsveçrə – 32,1 milyon ABŞ dolları;
  • Birləşmiş Ərəb Əmirlikləri – 1,4 milyon ABŞ dolları;
  • Türkiyə – 4,7 milyon ABŞ dolları.
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Son bir ayda ən çox bahalaşan 10 ərzaq məhsulu
Öncəki yazı
Bu il 21 məhkum vahid milli imtahanlarda iştirak edir