This is a specific ad

Bu il 21 məhkum vahid milli imtahanlarda iştirak edir

52

Another advertisement

Bu il 21 məhkum vahid ümumrespublika imtahanı verir ki, onlardan biri azyaşlıdır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, artıq məhkumların cəzaçəkmə müəssisələrindən vahid milli imtahanların imtahan mərkəzlərinə aparılması prosesinə başlanılıb.

Məlumatda qeyd olunub ki, məhkumların ali təhsil almaq imkanı penitensiar xidmət üçün prioritet məsələdir.

“Məhkumlar üçün “Rəqəmsal Universitet” innovativ təhsil layihəsi fəaliyyət göstərir ki, bu da universitet təhsilini daha əlçatan edir və akademik tədrisin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Penitensiar Xidmət məhkumların reabilitasiya-resosiallaşdırılması proqramı çərçivəsində məhkumların müxtəlif istiqamətlərdə təhsil almalarına və inkişaflarına dəstək verir və gələcəkdə də qayğı göstərəcək”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstanda qızıl nigah üzüyü ucuzlaşıb
Öncəki yazı
Britaniyada ilk dəfə pakistanlı qadın kralın məsləhətçisi oldu