“2023-cü ilin avqust ayında 0-600 lari arasında aylıq əməkhaqqı alanların sayı 19,1% təşkil edib”.
QafqazTürk.com xəbər verir ki, bu barədə PMC Research tərəfindən hazırlanan “Məşğulluq İzləyicisi”hesabatında bildirilib.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricilər 4,1%, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 8,5% azalıb.
Bununla yanaşı, 2023-cü ilin avqust ayında aylıq əməkhaqqı alanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4%, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 6,1% artıb.
PMC Research tərəfindən hazırlanan “Məşğulluq İzləyicisi”ndə qeyd edildiyi kimi, 2023-cü ilin avqust ayında 0-600 lari arasında aylıq əmək haqqı alanların sayı 19,1% təşkil edib.
2023-cü ilin avqust ayında 9 min 600 lari və daha çox aylıq əməkhaqqı alanların sayı 2,1% təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4%, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 0,8% artım deməkdir.