27-28 sentyabrda gözlənilən hava şəraiti – PROQNOZ

1

Sentyabrın 27-28-də Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərbi Gürcüstanın aran rayonlarında havanın temperaturu +27, +32 dərəcəyə qədər yüksələcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Qara dənizin sahilyanı ərazilərində, Kolxeti düzündə və Zemo İmeretidə güclü şərq küləyi əsəcək. Sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

“Paytaxt Tbilisidə hava isti və yağmursuz keçəcək. Hava temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 27-28 sentyabrda havanın isti, əsasən yağmursuz keçəcəyi, sentyabrın 29-da qısamüddətli yağış yağacağı ehtimalı var. Hava temperaturunun gün ərzində +28, +30 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafon, Zuqdid, Martvili, Ozurqet): sentyabrın 27-28-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Bəzi ərazilərdə güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz +27, +32 dərəcə təşkil edəcək. Sentyabrın 29-da bəzi ərazilərdə yağış yağacağı gözlənilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo): 27-28 sentyabrda hava isti, yağmursuz keçəcək. Bəzi ərazilərdə güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz +25, +30 dərəcə təşkil edəcək. Sentyabrın 29-da bəzi ərazilərdə yağış yağacağı gözlənilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): sentyabrın 27-28-də hava şəraitinin yağmursuz keçəcəyi, sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +21, +26 dərəcə təşkil edəcək.

Kartlidə (Marneuli, Rustavi, Bolnisi, Qardabani, Qori, Çxinvali): sentyabrın 27-28-də havanın isti və yağmursuz keçəcəyi, sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturunun gündüz +22, +27 dərəcə isti olacağı gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedopliscğaro) hava isti və əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +21, +26 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): sentyabrın 27-28-də havanın isti və yağmursuz keçəcəyi, sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +22, +27 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Calka, Bakuriani, Qudauri, Omalo): sentyabrın 27-28-də hava şəraitinin yağmursuz keçəcəyi, sentyabrın 29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +15, +20 dərəcə təşkil edəcək”, – deyə məlumatda bildirilib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstanda qızılın qiyməti
Öncəki yazı
Gürcüstanda işçilərin neçə faizinin maaşı 9 min 600 laridən çoxdur?