Gürcüstanda intihar edənlərin ümumi sayı

1

Gürcüstanda 2022-ci ildə 437 nəfər intihar edib ki, onların 18 nəfəri əcnəbi olub.

QafqazTürk.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həyatına son qoyan ölkə vətəndaşlarından 99-u qadın, 321-i kişi olub. Onlardan ən kiçiyinin 10, ən yaşlısının isə 97 yaşı olub. 187 kişi və 43 qadın isə il ərzində intihara cəhd edib.

Həmçinin, bildirilir ki, Gürcüstanda intihar edən əcnəbilərdən 7-i Türkiyə, 4-ü Rusiya və biri Azərbaycan vətəndaşıdır.
Bununla yanaşı, intihar edənlərin arasında ABŞ, İtaliya, İran vətəndaşı və vətəndaşlığı müəyyən edilə bilməyən bir nəfər də var.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
25 aprelədək gözlənilən hava şəraiti
Öncəki yazı
Luka Kiladze 15 yaşa qədər gənclər arasında dünya çempionudur