25 aprelədək gözlənilən hava şəraiti

0

Aprelin 25-i səhərədək Gürcüstanda yağış yağacağı gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata əsasən aprelin 23-də günün sonunda Şərqi Gürcüstanın dağlıq və yüksək dağlıq rayonlarında, aprelin 24-ü günün sonundan 25-i səhərədək Qərbi Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

“Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında suyun əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə proseslərinin başlamasına və aktivləşməsinə, yüksək dağlıq rayonlarda bəzi yerlərdə uçqunların yaranmasına səbəb ola bilər”, – deyə məlumatda qeyd olunub.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu
Öncəki yazı
Gürcüstanda intihar edənlərin ümumi sayı