Another advertisement
Gürcüstanda etnik azlıqlar üçün kampaniya başladılıb.
QafqazTürk.com xəbər verir ki, kampaniya “Gürcü dili bizi birləşdirir” adlanır.
Kampaniyanın əsas məqsədi dövlət dilini bilməyin və öyrənməyin vacibliyi barədə məlumatlılığı artırmaq, xüsusən də ölkədəki qeyri-gürcü əhali arasında maarifləndirmə aparmaqdır.
Kampaniya çərçivəsində paytaxt Tbilisidə və regionlarda videoçarxlar hazırlanıb, tematik bilbordlar, bannerlər və afişalar yerləşdirilib.
Həmçinin əhaliyə gürcü, erməni və azərbaycan dillərində məlumat broşürləri paylanacaq.