This is a specific ad

Gürcüstanda dronlardan istifadə sərtləşdirilir

54

Another advertisement

Gürcüstan Mülki Aviasiya Agentliyi özəl biznes sahiblərinə və dövlət qurumlarına pilotsuz aparatların və dronların uçuşunu qadağan etmək hüququ verib.

QafqazTürk.com xəbər verir ki, pilotsuz uçuş aparatları sistemlərinin istismarı qaydalarına edilən dəyişikliyə əsasən, Mülki Aviasiya Agentliyi mülkiyyətçi, dövlət və ya yerli hakimiyyət orqanları müraciət edəcəyi təqdirdə onlara birdəfəlik, ya da müəyyən müddətə xüsusi obyektlər üzərində pilotsuz uçuşları qadağan etmək hüququnu verir.  

“Söhbət hərbi aerodromlar, külək stansiyaları, hərbi təlim zonaları, hərbi təyinatlı obyektlər, zavodlar, polis və dövlət təhlükəsizliyi obyektləri, cəzaçəkmə müəssisələri, limanlar və dövlət qurumları üzərində dronların uçuşunun qadağan edilməsinin mümkünlüyündən gedir”, – deyə qaydalarda bildirilib.

Bundan əlavə, milli parklar, hava limanları, yaşayış zonaları, üzgüçülük hovuzları və özəl çimərliklər, xəstəxanalar və digər bu qəbildən obyektlər üzərində də dronların uçuşu qadağan edilə bilər.

Məhdudiyyətlər həmçinin yollara, göllərə, su anbarlarına, dəmir yolu xətlərinə və stansiyalarına, digər strateji obyektlərə, o cümlədən diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların qərargahlarına şamil oluna bilər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ukrayna diversiya-kəşfiyyat qrupu Belqorod ərazisinə daxil oldu
Öncəki yazı
Maliyyə naziri: “Son dövrdə işlə təmin olunanların sayı artıb”