This is a specific ad

Gürcüstan və Macarıstan münasibətləri – ƏTRAFLI

73

Another advertisement

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin Macarıstana rəsmi işgüzar səfəri davam edir.

QafqazTürk xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Macarıstanın daxili işlər naziri ilə təkbətək görüşdən sonra Budapeştdə Gürcüstan nümayəndə heyətinin şərəfinə rəsmi nahar verilib. Gürcüstan nümayəndə heyətini Macarıstanın daxili işlər naziri Şandor Pinter qəbul edib.

Macarıstana rəsmi işgüzar səfəri çərçivəsində Vaxtanq Qomelauri və onun macar həmkarı arasında rəsmi ikitərəfli görüş də keçirilib, tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığı müzakirə edib və gələcək perspektivləri nəzərdən keçiriblər.

Görüş iştirakçıları qurumlar arasında təcrübə mübadiləsinin vacibliyindən danışıb və bu istiqamətdə fəaliyyəti aktiv şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər.

Sonrakı yazı
Putin: “Vaqner” özəl hərbi şirkəti dövlət tərəfindən maliyyələşdirilirdi
Öncəki yazı
Baş nazir Gürcüstan müsəlmanlarının Qurban bayramını təbrik edib