• 03 Dekabr 2023 12:42

Gürcüstan və Türkmənistan iqtisadi əməkdaşlığı dərinləşdirir

Avatar photo

ByHacı Xəlilzadə

İyn 8, 2023

Gürcüstan və Türkmənistan ölkələr arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri barədə qərar qəbul ediblər.

QafqazTürk.com xəbər verir ki, IV Hökumətlərarası İqtisadi Komissiyanın iclası keçirilib.

İclasın protokolunu Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili və Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Begenç Qoçmollayev imzalayıblar.

Prioritet sahələr arasında enerji, nəqliyyat, kənd təsərrüfatı, həmçinin rəqəmsal dəhlizin inkişafı, turizm və ticarət var.

66880cookie-checkGürcüstan və Türkmənistan iqtisadi əməkdaşlığı dərinləşdirir