• 17 Fevral 2025 16:05

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Zaxarovadan Bakı və İrəvana mesaj

ByNiyazi Yusubov

İyn 7, 2023
Another advertisement

“Kənardan tətbiq edilən, xüsusən də sürətləndirilmiş rejimdə tətbiq edilən sülhpərvər formullar yaxşı heç nəyə gətirib çıxarmadı”. 

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (DİN) sözçüsü Mariya Zaxarova ABŞ və Avropa İttifaqının Azərbaycan və Ermənistanın sülh yolunda fəallığı haqqında söhbətində deyib.

“Brüssel və Vaşinqton əvvəllər İrəvanla Bakı arasında danışıqlarda xüsusi fəallıq nümayiş etdirmirdilər, lakin indi vəziyyət dəyişib. Moskva Ermənistanla Azərbaycan arasında üçtərəfli formatda münasibətlərin normallaşdırılması üzərində işləyir, üç ölkənin liderləri arasında imzalanmış sazişlər toplusunu mübahisəsiz yol xəritəsi hesab edir. Rusiya heç nəyi formalaşdırmağa çalışmır və ardıcıl olaraq irəliləyir. Prioritet tərəflərin yanaşmalarını bir-birinə yaxınlaşdırmaq və balanslaşdırılmış həll yollarını hazırlamaqdır. Moskva İrəvanla münasibətlərdə dialoqu seçir”, – XİN rəsmisi qeyd edib. 

Zaxarova, həmçinin Ermənistan Təhlükəsizlik Şurası katibinin kommunikasiyalarla əlaqədar bəyanatına da cavab verib.