This is a specific ad

Günorta yuxusunun faydaları

47

Another advertisement

Müntəzəm olaraq günorta yatmaq beynimizə yaxşı təsir göstərir və beyin ölçüsünün böyük qalmasını təmin edir.

QafqazTürk.com xəbər verir ki, bu barədə “College London” Universitetində aparılan araşdırmada deyilir.

“Alimlər günorta yuxusuna əməl edənlərin beyinlərinin digərləri ilə müqayisədə 15 kub santimetr böyük olduğunu aşkar ediblər. Bu isə həmin şəxslərin ömürlərinin 3-6 il uzanması deməkdir. Bununla belə, alimlər günorta yuxu müddətinin yarım saatdan az olmasının vacibliyini qeyd ediblər. Körpələrin beyninin inkişafı üçün günorta yuxusu çox vacib olduğu halda, yaş artdıqca bu vərdişə əməl olunmur”, – deyə məlumatda qeyd olunub.

“Pensiya yaşına çatdıqda isə insanlar yenidən günorta yuxusuna ehtiyac hiss edirlər.Yaşlandıqca insan beyni kiçilməyə başlayır. Lakin günorta yuxusunun Alzheimer kimi xəstəliklərin qarşısını almaqda effektiv olub-olmadığını öyrənmək əlavə araşdırma tələb edir. Pis yatmaq isə vaxt keçdikcə beyinə və beyin hüceyrələrinə zərər vurur, tədqiqatçılar hesab edir”, – deyə bildirilib.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
მარნეულის თვითმმართველობის მიერ ინიცირებული ახალგაზრდული იდეების კონკურსი
Öncəki yazı
Minik avtomobillərin ixracı rekord səviyyədədir