This is a specific ad

Minik avtomobillərin ixracı rekord səviyyədədir

49

Another advertisement

Gürcüstandan avtomobillərin ixracı 316% artıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumata əsasən 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövründəki 191,001 milyon dollarla müqayisədə 795,005 milyon dollar dəyərində avtomobil ixrac edilib. Bu son zamanların rekordudur.

Minik avtomobillərinin re-eksport edildiyi ilk 10 ölkə:

  • Azərbaycan – 189,187 milyon dollar
  • Qazaxıstan – 186,788 milyon dollar
  • Qırğızıstan – 181,780 milyon dollar
  • Ermənistan – 149,115 milyon dollar
  • Rusiya – 41,367 milyon dollar
  • Tacikistan – 13 000 milyon dollar
  • Belçika – 11 042 milyon dollar
  • Birləşmiş Ərəb Əmirlikləri – 6,154 milyon dollar
  • Ukrayna – 5,245 milyon dollar
  • Türkiyə – 3,105 milyon dollar

İdxala gəldikdə isə Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Gürcüstan 1,015 milyard dollarlıq avtomobil idxal edib ki, bu da rekord göstəricidir.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Günorta yuxusunun faydaları
Öncəki yazı
Gürcüstanda komandiri şimşək vurub