This is a specific ad

Ərzaq və alkoqolsuz içkilər ucuzlaşıb – STATİSTİKA

49

Another advertisement

2023-cü ilin may ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,1% , illik inflyasiya səviyyəsi isə 1,5% təşkil edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Baza inflyasiyaya gəlincə, 2023-cü ilin may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4,0 faiz , tütünsüz illik baza inflyasiyası isə 3,9 faiz müəyyən edilib.

May ayında istehlak səbətinə daxil olan mal və xidmətlərin qiymətlərinin aprel ayı ilə müqayisədə faizlə dəyişməsi aşağıdakı kimidir:

  1. Qida və alkoqolsuz içkilər – -1,7%
  2. Spirtli içkilər, tütün – 1,6%
  3. Geyim və ayaqqabı – -0,4%
  4. Mənzil, su, işıq, qaz – -0,1%
  5. Mebel, məişət əşyaları, evə qulluq – 1%
  6. Sağlamlığın qorunması – 0,6%
  7. Nəqliyyat – 0,0%
  8. Əlaqə -0,5%
  9. İstirahət, əyləncə və mədəniyyət – -1,3%
  10. Təhsil – 0,0%
  11. Otellər, kafelər və restoranlar – 0,7%
  12. Müxtəlif mal və xidmətlər – 6,2%
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Xelvaçauridə qardaş qardaşı öldürüb
Öncəki yazı
May ayında ən çox bahalaşan 10 məhsul