• 20 Fevral 2025 02:18

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

May ayında ən çox bahalaşan 10 məhsul

ByNiyazi Yusubov

İyn 2, 2023
Another advertisement

2023-cü ilin may ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,1%, illik inflyasiyanın səviyyəsi isə 1,5% təşkil edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti məlumat yayıb.

Baza inflyasiyasına gəldikdə isə 2023-cü ilin may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 4,0% təşkil edib.

2023-cü ilin may ayında ötən ilin eyni dövrü ilə müqayisədə qiymətləri ən çox bahalaşan 10 ərzaq məhsulunun siyahısını təqdim edirik:

  • Qarpız – 49,5%
  • Soğan – 37,4%
  • Tomat pastası – 27,1%
  • Qarğıdalı unu – 25,1%
  • Tort – 22,6%
  • Kartof – 19,5%
  • Mal əti – 17,7%
  • Xardal -16,9%
  • Mal əti qiyməsi – 16,1%
  • Zavod südü – 15,2%