“Biz hamımız Azərbaycan ordusunun uğurları ilə fəxr edirdik. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, yaralılara şəfalar diləyirəm“.
QafqazTürk.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, 30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, Azərbaycanın Qarabağda ermənilərə münasibəti hər cür tərifəlayiqdir. Mülki insanlara qarşı həssaslıqla bağlı fövqəladə səylər göstərilib.
“Ümid edirik ki, Ermənistan kənar təxribatlara boyun əyməyəcək. Biz qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyirik. Türkiyə ilə dost olan qazanır, Türkiyəyə düşmən olan uduzur. Dostlarımızın sayını artırmaq üçün bir yol axtarırıq“, – Ərdoğan vurğulayıb.