Another advertisement
“Biz Cümhur İttifaqı olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağından alnıaçıq çıxdıq”.
QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında yazıb.
“Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq. Zəhmətinizə, əzmkarlığınıza və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm. Rəbbimə min dəfə şükür edirəm ki, mənə sizin kimi yol yoldaşları verib. Artıq mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır. Sizə güvənirəm”, – deyə Türkiyə lideri qeyd edib.