Gürcüstan Hava Yolları Moskva-Tbilisi reysi üçün uçuş icazəsi alıb

2

“Georgian Airways” aviaşirkətinə Moskva-Tbilisi reysi üzrə uçuşlara başlamaq üçün icazə verilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb.

“Georgian Airways Tbilisi-Moskva-Tbilisi istiqamətində müntəzəm uçuşlara başlayır. Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş müraciətinə uyğun olaraq, mayın 20-dən etibarən uçuşlar həftədə 7 reyslə həyata keçiriləcək”, – deyə məlumatda bildirilib.

Məlumat üçün bildirək ki, Rusiyanın hava embarqosunun ləğvi ilə əlaqədar qərarı nəticəsində aviaşirkətlərə mayın 15-dən Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar həyata keçirmək imkanı verilib.

0
0
Kateqoriya: Gündəm
Sonrakı yazı
Şalva Papuaşvili Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanın Milli Məclisində çıxış edib – ƏTRAFLI
Öncəki yazı
Ərdoğan seçkidən yazdı: “İlk sınaqdan alnıaçıq çıxdıq”