This is a specific ad

Dünyada COVID-19 ilə bağlı fövqəladə vəziyyət ləğv edilirmi? – ÜST

14

Another advertisement

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarına uyğun olaraq COVID-19 üçün fövqəladə vəziyyətin ləğvi ilə əlaqədar qlobal səhiyyə ekspertləri paneli çağırılacaq.

ÜST 30 Yanvar 2020-ci ildə koronavirusla bağlı Beynəlxalq Narahatlıq doğuran İctimai Sağlamlıq Fövqalədə Vəziyyəti (PHEIC) elan etdi və o vaxtdan bəri panel üç aydan bir görüşərək qlobal vəziyyəti qiymətləndirirdi.

Ancaq son vaxtlar, ABŞ da daxil olmaqla, bir çox ölkə COVID-19 ilə bağlı fövqəladə vəziyyəti ləğv etməyə başladı və bu, səhiyyə mütəxəssislərini məsələyə daha geniş nəzər salmağa sövq etdi.

Hələlik bu mövzuda konsensus yoxdur və panelin hansı qərarı verəcəyi məlum deyil.

Hollandiyalı virusoloq, professor Marion Koopmanın sözlərinə görə, fövqəladə vəziyyət aradan qaldırıla bilər, lakin koronavirus təhlükəsi hələ də realdır və hökumətlərin sınaq, peyvənd və müalicə proqramlarını davam etdirməsi vacibdir.

Bəzi elm adamları hesab edirlər ki, bəşəriyyət HİV və vərəmlə olduğu kimi COVID təhlükəsi ilə də yaşamağa davam etməlidir.

Sonrakı yazı
Tbilisidə qətl hadisəsi baş verib
Öncəki yazı
Baş nazir Ğaribaşvili: “Biz super gücə malikik”