Baş nazir Ğaribaşvili: “Biz super gücə malikik”

1

Baş nazir İrakli Qaribaşvili Gürcüstanı super güc adlandırıb.

QafqazTürk.com xəbər verir ki, o, bunu Macarıstanın paytaxtı Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət konfransında deyib.

“Biz super gücə malikik. Bu qüvvə imandır, ailələrimizdir, adət-ənənələrimizdir, əbədi və ümumbəşəri dəyərlərdir. Məhz bu qüvvələri birləşdirməklə biz yalançı azadlıq və yalan həqiqət adı ilə gələn şərlərə müqavimət göstərə, dünyanı övladlarımız və gələcək nəsillərimiz üçün həqiqi, ənənəvi, ailə dəyərlərinə uyğun qoruya bilərik”, – deyə Baş nazir konfransda bildirib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Dünyada COVID-19 ilə bağlı fövqəladə vəziyyət ləğv edilirmi? – ÜST
Öncəki yazı
Çindən Rusiya və Ukraynaya çağırış