Another advertisement
Yenilənmiş məlumatlara əsasən, Dünya Bankı 2024-cü ildə Gürcüstan iqtisadiyyatının 5,2%, gələn il isə 5% artım proqnozlaşdırır.
QafqazTürk.com xəbər verir ki, bu ilin yanvarında dərc olunan hesabata əsasən, Dünya Bankı Gürcüstan iqtisadiyyatının 2024-cü ildə 4,8%, 2025-ci ildə isə 4,5% artacağını proqnozlaşdırmışdı ki, bu da yenilənmiş proqnozda gözləntilərin artdığını göstərir. .
Qonşu ölkələrə gəlincə, Dünya Bankı Ermənistanın 2024-cü ildə 5,5%, gələn il isə 4,9% artacağını gözləyir; Azərbaycanda bu il 2,3%, 2025-ci ildə isə 2,4%; 2024-cü ildə Türkiyədə 3%, gələn il 3,6%, Rusiyada bu il 2,2%, 2025-ci ildə isə 1,1% artım proqnozlaşdırır.