Gürcüstanda yanacağın qiymətində artım müşahidə edilir

0

Son günlər Gürcüstanda yanacağın qiymətində 3-4 tetri artım müşahidə edilir.                                                                      QafqazTürk.com  xəbər verir ki, bunu Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vaxtanq İobaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda yanacağın qiymətinin son artımı beynəlxalq bazarlarda neft məhsullarının bahalaşması ilə bağlıdır.

O qeyd edib ki, son zamanlar Rusiya yanacağı keçənilki kimi ucuz satmayıb və qiymətlər faktiki olaraq Avropa ilə bərabərləşib: “Müvafiq olaraq, bütün bu müddət ərzində bizdə sabit qiymətlər olub. Dünya neft bazarında qiymətlər qalxarsa və neft bahalaşarsa, bu, təbii ki, Gürcüstana da təsir edəcək. Bu proses başlayıb”.

Qeyd edək ki, hazırda Gürcüstanda yanacağın ortalama qiyməti Aİ-95 benzini üçün 3,16 lari (2,15 manat), Aİ-98 benzini üçün 3,62 lari (2,30 manat) təşkil edir. Dizelin qiyməti 3,32 lari (2,11 manat), LPG qazının qiyməti isə 1,53 lari (0,97 manat) olub.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Dünya Bankı 2024-cü ildə Gürcüstan iqtisadiyyatının 5,2% artacağını proqnozlaşdırır-qonşu ölkələrdə vəziyyət necədir?
Öncəki yazı
Böyük Muğanlı kəndində Ramazan bayramı süfrəsi açılıb – FOTO