Didi Diğomidə dünyasını dəyişən 12 yaşlı yeniyetmə Ana Yanuşaytitenin anası Nato Xutaşvilinin sözlərinə görə, ekspertin rəyi yəqin ki, 10 gün ərzində hazır olacaq. Onun sözlərinə görə, hazırda sorğular aparılır.
Məlumat üçün bildirək ki, ailənin vəkilinin ərizəsinə əsasən, qızın anası zərərçəkmişin varisi kimi tanınıb. Vəkil Eliso Ruxadzenin izahatına görə, Tbilisi Prokurorluğunun rəsmiləri mərhum qızın anası ilə görüşüblər.
“İstintaq həm qətl versiyası, həm də qəza versiyası üzərindən işləyir, buna baxmayaraq hazırda hər iki versiya ilə əlaqədar mühüm detallar müəyyən edilməyib.” – Ruxadze bildirib.
Xatırladaq ki, bu il martın 16-da Didi Diqomidə 12 yaşlı yeniyetmə ölü tapılıb. İstintaq Cinayət Məcəlləsinin 109-cu, yəni ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə maddəsi ilə başlanıb.