• 06 Dekabr 2023 10:49

Pasxa gecəsi metro stansiyalar pulsuz xidmət göstərəcək

Avatar photo

ByHacı Xəlilzadə

Apr 10, 2023

Pasxa gecəsi vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə metro səhər saat 04:00-dək pulsuz fəaliyyət göstərəcək

QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bu gün şəhər hökumətinin iclasında bildirib.

Kaxa Kaladzenin sözlərinə görə, aprelin 16 və 17-si saat 08:00-dan 20:00-a qədər Muxatqavedi, Vaşlicvari, Kukia, Yeni Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili qəbiristanlıqları istiqamətində müvəqqəti marşrut xətləri fəaliyyət göstərəcək.

“Sözügedən xətlər üzrə hərəkət edən avtobuslar sərnişinlərə pulsuz xidmət göstərəcək. Avtobuslar metronun “Marcanişvili”, “Didube”, “ Delisi”, “Saracişvili”, “Varketili” stansiyalarından, həmçinin stansiya meydanından Besarion Çiçinadze küçəsi və Varketili III massivindən, xüsusən də Şuamti və  Abaşvili küçələrinin kəsişməsindən hərəkət edəcəklər”, – deyə paytaxt meri bildirib.

9060cookie-checkPasxa gecəsi metro stansiyalar pulsuz xidmət göstərəcək

Bir cavab yazın