Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özer Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı Azərbaycanı dəstəkləyib.
QafqazTürk.com xəbər verir ki, o, Azərbaycanla AŞPA arasında olan anlaşılmazlığın tezliklə aradan qaldırılmasının vacib olduğunu bildirib.
Özerin sözlərinə görə, hər iki tərəf bu müddət ərzində özü üçün lazımi nəticələri çıxarıb.
CHP sədri həmçinin Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini bərpa etməsi üçün mümkün olan bütün tədbirləri görməyə hazır olduqlarını dilə gətirib.
Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək, növbəti bildirişə qədər qurumda qarşılıqlı fəaliyyətini və mövcudluğunu qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.